Azərbaycanda yeni telekanalın açılması ilə bağlı müsabiqəyə sənəd qəbulu başlayıb

22 Yanvar 2014 11:22 (UTC+04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) elan etdiyi müsabiqəyə sənəd qəbulu başlayıb.

Movqe.az-ın məlumatına görə, açılacaq yeni televiziya kanalında əsasən regionlarda baş verən proseslərin işıqlandırması nəzərdə tutulur.

 

Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu fevralın 22-dək aparılacaq.