Türk gözəli nədən qorxur?

22 Yanvar 2014 11:22 (UTC+04:00)

Best Model of Turkey 2009 ilinin qalibi Tuğçe Sarıkayanın başını qaşıyacaq vaxtı belə yox. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Tuğçe baş rolunu Murat Başoğluyla paylaşacağı, "Səndən Əvvəl Mən" adlı qısa film üçün işarə dili öyrənməyə başlayıb. Filmdə eşitmə maneəli bir qadını canlandıracaq olan maneken, "Bu tərz rollar bir aktrisa üçün böyük şans. Amma çox qorxuram" deyə açıqlama verib.