Mavi brilliyant tapıldı

22 Yanvar 2014 11:43 (UTC+04:00)

Cənubi Afrikadakı mədəndə dünyada nadir rast gəlinən mavi brilliyant tapılıb. 29.6 karat daşı olan brilliyant Pretorianın 40 km yaxınlığında, Kalin mədənindən tapılıb. Movqe.Az  "BBC"yə istinadən xəbər verir ki, "Petra diamonds" şirkəti daşın çox dəyərli olduğunu bildirib. Şirkət, keçən il 25.5 karat brilliyantın 16.9 milond dollara (10.3 milyon sterlinqə) satılıb. Sonuncu tapılan mavi brilliyantın isə daha baha qiymətə satılacağı güman edilir.

Xatırladaq ki, 1905-ci ildə "Afrika ulduzu" adlanan mavi brilliyant dünyanın ən böyük ikinci kəsim brilliyantı olub. 530 karatlıq dəyərli daş VI Edvarda təqdim edilib və Britaniya tacının bir hissəsinə çevrilib.