Aşıq Telli və aşıq Namiq arasında dava qızışdı: O, gedib...

22 Yanvar 2014 12:12 (UTC+04:00)

Yerli saytlara açıqlamasında 20 Yanvar günü toya getməsi ilə ağlı yalan informasiya yayıldığını iddia edən Telli Borçalı ANS-i məhkəməyə verəcəyini söyləmişdi. Lakin aşıq Mövqe.az-a açıqlamasında xəbəri təkzib edib: " Mən elə söz deməmişəm. Mən heç vaxt deməmişəm ki, ANS-i məhkəməyə verəcəyəm. Mən heç kimdən qorxmuram. Alnım açıq üzüm ağ... Araşdırılsın ki, Azərbaycanda 20 Yanvar günü toy olubmu ? Heç olsa da mən, getməzdim".


Aşıq Namiqlə bağlı mənə sual verilsə də, mən cavab vermədim. ancaq o çıxıb, mənim barədə açıqlama verib. Dağıl ay dünya gör kim-kimdən danışır. Namiq gedib, özündən danışsın. Özünə baxsın, sonra barəmdə nəsə desin. Ayıb olsun ona...".