Serdar Ortaç sevgilisinə ad axtarır

22 Yanvar 2014 12:32 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç, may ayında evlənəcəyini açıqladığı İrlandiyalı nişanlısı Xloye Louqhnanın Türk vətəndaşlığına keçməsini istədiyini açıqlayıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Xloyenin Türk vətəndaşı olduqdan sonra adını da dəyişdirəcəyini söyləyən Ortaç, "Kadriye olsa çox əlaqəsiz olacaq, Kader adıda yaraşmır. Biz normal adını deyə bilmədik. Mən hətta aylarla ona "Kolin, kalio, kale" deyərək müraciət etdim həqiqətən çox çətin adı var" deyə zarafat edib.