Maqnit miqreni sağaldır?

22 Yanvar 2014 13:00 (UTC+04:00)

Maqnit cihazı bəzi miqren növlərinin müalicəsində istifadə oluna bilər, ingilis alimləri belə düşünür. İzləmə şəbəkəsi "NİCE" bəzi limitli sübutların olduğunu, transkranial maqnetk stimullaşdırılmanın (TMS) bəzi xəstələrdə simptomların yüngülləşməsinə kömək etdiyini deyib. Bu haqda Movqe.Az "BBC health"ə istinadən xəbər verir. Proseduranın yeni olduğu və onun təhlükəsizliyi və təsiri üçün zamana etiyac olduğu bildirilib. Miqren- İngiltərədə hər 12 kişidən birində və hər dörd qadından birində təsadüf olunur. Professor Britaniya Assosasiyasının başağrısı mütəxəssisi Pitr Qoadsbay, TMS-in bu kəşfinin bir çox xəstəyə kömək etdiyini deyib. Beləki,maqnit cihazı 2 saatda ağrını 40 faizədək azaldıb. "Migraine Trust" fondunun baş direktoru Vendi Tomas NİCE təşkilatına bu kəşfi üçün minnətdarlığını bildirib.