Hansı qidalar insanda toxluq hissi yaradır?

22 Yanvar 2014 13:15 (UTC+04:00)

Yumurta 

Pəhriz tutanlarda insanı tox saxlayan qidalar olduqca vacibdir. Möhtəşəm bir zülal anbarı olan yumurta uzun müddət adamı tox saxlayır. Yumurta xoşlamayanlar qida rasionlarına bir kasa qatıq əlavə edə bilərlər. 

Badam 

Fındıq və fıstıq növləri arasında insanı uzun müddət tox saxlayan badam çərəzidir. Bu doymamış yağ turşusu həm iştahın yavaşlamasına, həm də ehtiyac duyulan mineralları almağa kömək edir. 

Alma 

Xüsusilə qabıqları ilə birlikdə istifadə olunması məsləhət görülür. Alma meyvəsi insanı tox saxlayan meyvələr sırasındadır. Tərkibində olan turşu sayəsində həm də dişləri təmizləməyə köməklik göstərir. Ramazan bayramında iftardan sonra mütləq bir alma yeməyi unutmayın. 

Qoz 

Qoz kimi yağ nisbəti yüksək qidalar yeməklərin mədədən keçmə sürətini yavaşlatmaqla toxluğun uzanmasına səbəb olur. Bu çərəzin digər faydaları haqda internetdə kifayət qədər məlumat var.

Taxıllar 

Taxıllı qidalar bağırsaq hərəkətlərini və mədənin işləməsinə təsir göstərir. İçərisində olan lif isə həzmin daha yavaş olmasını təmin etdiyi bildirir. Bu sayədə ani toxluq hissi yerinə daha uzun toxluq yaşanır. 

Banan 

Kalium qaynağı olan banan tox qalmanıza köməkçi olan meyvələrdəndir. Bir kasa qatığın içinə dilimləyəcəyiniz 1 ədəd banan, həm lazımlı vitaminləri almanıza həm də toxluğa imkan yaradır. 

Yarma və Mərcimək 

Yarma və mərcimək Ramazanda təklif olunan qidalar arasındadır. İmsak vaxtı istifadəsi mütləqdir. Çünki xüsusilə yarma mədədə şişərək toxluq hissini artırır.