Google Glass ilə kinoya getdi, amma..

22 Yanvar 2014 14:40 (UTC+04:00)

Əvvəl bəzi restoran və barlarda qadağan olunan "Google Glass"la kinoya getməyə çalışan bir ABŞ vətəndaşı FBI tərəfindən nəzarətə alınıb.

O,Google Glassın sınaq mərhələsində olduğu Ohioda  AMC kino salonuna getmək istədi. Lakin kinoya girməsiylə çıxması bir olan istifadəçi  FBI tərəfindən göz altına alınıb. Göz altı qərarının səbəbi isə Google Glass ilə kinoya gedən istifadəçinin pirat olaraq filmi videoya çəkmiş olma ehtimalıydı. Movqe.Az xəbər verir ki,  nömrəli eynək istifadə edən və bu səbəblə Google Glassı da gözlüyünə taxan  istifadəçinin təqsirsiz olduğu 3 saatlıq sorğudan sonra aydın olub və FBI nəzarətini qaldırıb, istifadəçini sərbəst buraxıb. Üstəlik zərər çəkmiş istifadəçiyə getdiyi kino filmi üçün iki bilet hədiyyə edib. Daha əvvəl də "Google Glass"ı sükan arxasında istifadə edən bir sürücü ABŞda nəqliyyat polislərindən cəza almış və uzun bir müddət bu hadisə gündəmdən düşməmişdi.