Ebru Gündeş istədiyinə çatdı

22 Yanvar 2014 19:00 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş əri, əslən Güney Azərbaycandan olan azərbaycanlı milyarder Rza Zərrabla bağlı məhkəməyə yolladığı müraciətin müsbət dəyərləndirilməsinə nail olub.


Milli.Az AHT-yə istinadən bildirir ki, Ebru Gündeş ötən ilin dekabrın 17-də İstanbulda həbs edilən əri R.Zərrab ilə bağlı istintaq başa çatana qədər həmin proseslə bağlı məlumatların mediyada açıqlanmasının qadağan olunmasını istəyirdi.


İstanbuldakı 2-ci Cəza Məhkəməsi müğənninin istəyini nəzərə alıb və Rza Zərrab-Ebru Gündeş cütlüyü ilə bağlı məlumatların məhdudlaşdırılması ilə bağlı qərar verib.