Gecə növbəsində çalışanların nəzərinə!

22 Yanvar 2014 18:00 (UTC+04:00)

"Gecə növbəsində işləmək bədəni xaosa doğru aparır, bu da öz növbəsində ciddi və uzunmüddətli sağlamlıq problemlərinə yol açır" alimlər belə deyir. Movqe.Az bu haqda "webmd.boots"a istinadən xəbər verir.

Polis rəsmiləri, dayələr, fabrik işçiləri və ofis xidmətçiləri nizamsız saatla işləyən insanların sadecə bir hissəsidir. Gecə növbələri ilkin araşdırmalara görə, döş xərçəngi və diabet kimi xroniki xəstəliklərlə sıx bağlıdır. Surrey Universitetinin son tədqiqatı müəyyən edib ki,  yuxu vaxtı cədvəlinin pozulması genlərimizin gündəlik ritmini də pozur. İnsan bədəninin öz daxili saatı vardır ki, bu da gündüz oyaq qalmağa, gecə isə yatmağa imkan verir. Sınaq üçün, 22 iştirakçı təbii işıq-qaranlıq tsikli  olmadan 28 saat oyaq saxlanılıb. Nəticədə, yuxulu-oyaq olma tsikli hər gün 4 saat təxirə salınıb. Surrey Universitetinin professoru Derk-Jan Dik : " Bu tədqiqat bizə mənfi salamlıq nəticələriylə bağlı yuxu cədvəli, saat fərqindən dolayı yaranan narahatlıq və digər şəraitlərlə bağlı genlərimizin ritminin pozulması faktorunu göstərdi. 

Tədqiqat PNAS jurnalında yayımlanıb.