Gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilə bilər

22 Yanvar 2014 19:20 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü keçirməyi planlaşdırırlar. Movqe.az-ın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında məlumat verib. C.Uorlik iki ölkə xarici işlər nazirlərinin yanvar ayının 24-də Parisdə görüşəcəklərini xatırladaraq yazıb ki, bu görüşün prezidentlərin fevral ayına nəzərdə tutulan görüşü öncəsi irəli doğru addım olacağına ümid etdiyini deyib.