Azərbaycan Ordusunda qadınlar xidmət edəcək?

23 Yanvar 2014 10:05 (UTC+04:00)

Müdafiə Nazirliyi hərbi hisslərdə xidməti vəzifələrin icrasına qadın mülki şəxslər cəlb olunduğunu bildirib

Müdafiə Nazirliyindən qadınların orduda xidmətə cələb olunması məsələsinə aydınlıq gətirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildirilib ki, hərbi hisslərdə xidməti vəzifələrin icrasına qadın mülki şəxslər cəlb olunub: "Belə bir statistika aparılmır. Ancaq hərbi hissələrdə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və hazırda da bu proses davam etdirilir".


Nazirlik tərəfindən Bakının mərkəzindəki hərbi hissələrin gələcəkdə köçürülməsi məsələlərinə də aydınlıq gətirlib:

"Hazırda bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilir".