Xocavənddə 50 minaatan mərmisi tapılıb

23 Yanvar 2014 11:20 (UTC+04:00)

Xocavənd rayonunun Ağburun adlanan ərazisində 50 ədəd 82 mm çaplı minaatan mərmisi aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, döyüş sursatlarını Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) dəstəyi ilə təmizləmə əməliyyatları aparan "Dayaq" qeyri-hökumət təşkilatının əməkdaşları aşkarlayıb.

 

Mərmilərin partlayış yolu ilə zərərsizləşdirilməsi nəzərdə tutulur.