İbrahim Tatlısesin keçmiş həyat yoldaşı kimi məhkəməyə verib?

23 Yanvar 2014 17:00 (UTC+04:00)

İbrahim Tatlısesdən noyabr ayında boşanan Ayşegül Yıldız, haqqında xəbər yayan bir qəzetə və sahibinə 50 min lirəlik mənəvi təzminat iddiası açılıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Yıldız, İstanbul Asliye Hüquq Məhkəməsində açdığı iddianın ərizəsində, çıxan xəbərlərlə təhqir olunduğunu söyləyib: "Mən, "Abla, bacı" deyə Derya Tunanın arxasında gəzən, inkişaf etməmiş bir şəxsiyyət kimi qələmə alıblar. "İllərcə qismətinə razı oldu" cümləsi məni təhqir etdi. Yalnız üçüncü və ya dördüncü qadın olmağa razılıq göstərən adam olduğumun yazılması belə mənim üçün dəhşətli bir ifadədir"