Azərbaycan Silahlı Qüvvələrinin əsgəri hərbi hissəni özbaşına tərk edib

23 Yanvar 2014 16:55 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həqiqi hərbi xidməti özbaşına olaraq tərk edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı ANS PRESS-ə təsdiqləyiblər. Məlumata görə, Qazax rayonu N saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədovun axtarışları gedir. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda rayonun giriş-çıxışlarında hərbi postlar qurulub. Qaçan əsgərin axtarışlarına başlanılıb.