Məcburi köçkünün evi yandı

23 Yanvar 2014 19:15 (UTC+04:00)

Bərdədə yanğın hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qazqurdalı kəndində qeydə alınıb.

 Sözügedən yaşayış məntəqəsində məskunlaşan Ağdam rayonundan məcburi köçkün Pərvanə Əliyevaya məxsus birotaqlı ev yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib. Alovun qarşısı alınsa da, yaşayış evi və əşyalar tamamilə yararsız hala düşüb.