Türkiyənin ən məşhur müğənnisi Zoriki seçdi

23 Yanvar 2014 18:42 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məşhur türkiyəli müğənni Tuğba Əkinci sabah paytaxtımızın qonağı olacaq.

 Burada bir məclisə dəvət alan müğənni daha dörd gün paytaxtımızın qonağı olacaq. Onun bu qədər uzun müddət Bakının qonağı olmasına səbəb buradakı klip çəkilişləridir. 

Belə ki, yeni çıxan mahnısına klip çəkdirmək üçün Bakıya gələn Tuğba rejissor işini Zöhrab Ağayevə həvalə edib. Klipmeyker  açıqlamasında bildirib ki, bu onun üçün böyük qürurdur. 

"İndiyə kimi heç bir türk sənətçisi Bakıda heç bir rejissora klip həvalə etməyib. Mahsun Kırmızıgül klip çəkilişi üçün Bakıya gəlsə də, öz rejissorunud a gətirmişdi." 

Klipdən isti görüntüləri də tezliklə izləyə biləcəksiz. (show.az)