YAP öz gəlirlərini açıqladı
23 Yanvar 2014 23:13 (UTC+04:00)
Yanvarın 23-də Yeni Azərbaycan Partiyası İdarə
Heyətinin iclası keçirilib. Movqe.az "Qafqazinfo"ya
istinadən xəbər verir ki, iclasda partiyanın İdarə Heyətinin
2013-cü ilə dair illik hesabatı, partiyanın tərkibi, Qadınlar
Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair
illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə
hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair
iş planı müzakirə edilib. Baş nazirin müavini, YAP sədrinin
müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda
bildirilib ki, hesabat dövründə YAP sıralarına 31 min 600 nəfərdən
çox yeni üzv qəbul olunub, beləliklə, partiya üzvlərinin sayı 620
min nəfəri keçib.İclasda bildirilib ki, 2013-cü ildə YAP-ın
gəlirləri 7 milyon 16 min 790 manat olub. Bunun 5 milyon 720 min
849 manatını üzvlük haqlarından, 29 min 306 manatını partiya
vəsiqələrinin haqlarının ödənilməsindən, 121 min 510 manatını
depozitdən əldə olunan daxilolmalar, 1 milyon 145 min 125 manatını
büdcədən ayrılan vəsait təşkil edib. Ötən il bu vəsaitin 6 milyon
248 min 650 manatı xərclənib. İclasda vəsaitin xərcləndiyi
istiqamətlər açıqlanıb. Bildirilib ki, hesabat ilinin sonuna
toplanan vəsaitin 768 min 140 manatı partiyanın və yerli
təşkilatlarının hesabında qalıb. İdarə Heyətinin iclasının
gündəliyində duran məsələlər müzakirə olunduqdan sonra YAP İdarə
Heyətinin 2013-cü ilə dair hesabatı, illik statistik hesabat,
partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci
yarımilliyinə dair planı qəbul edilib.