Hava dəyişəcək
24 Yanvar 2014 09:20 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda
və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil
edəcəyi ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, axşam cənub-qərb
küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz
5-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi
ərazilərində az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman
olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz
8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək
isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.