Gözətçi yanaraq ölüb

24 Yanvar 2014 09:59 (UTC+04:00)

Bakıda gözətçi yanaraq ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb.  Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.