Altı hərbçimiz ölüb

24 Yanvar 2014 10:36 (UTC+04:00)

2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil edib. Movqe.az-ın məlumatına görə, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrini açıqlayıb. 


"Doktrina" JHAM direktoru Cəsur Sümərinli bildirib ki, ötən müddətdə 9 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyalarını dəyişənlərin 1-i döyüş (nəfər erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir. 1- nəfər xəstəlikdən dünyasını dəyişib, 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 5-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.


Yaralılara və xəsarət alanların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 1-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. 


Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var.