İranla BMT arasında danışıqlar davam edəcək

4 İyun 2012 20:12 (UTC+04:00)

İran cümə günü Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmiləri ilə nüvə proqramı haqqında danışıqlar aparmağa razılıq verib.

Atom Agentliyinin başçısı Yukiya Amano İrana Pərçin nüvə obyektinə girişə icazə verməsi üçün təzyiq edəcəklərini bildirib.

İran həmçinin gələn ay Moskvada Britaniya, ABŞ, Çin, Rusiya, Fransa və Almaniyanın daxil olduğu "altılıq ölkələri" ilə danışıqlar aparacaq.  Bu ölkələr İranı uran zənginləşdirməsinin dərəcəsini azaltmaqla bağlı razılığa gətirməyə çalışacaq