Ali Məhkəmənin plenumu keçirilir

24 Yanvar 2014 10:45 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Ramiz Rzayevin sədrlik etdiyi iclasda plenumun gündəliyi elan olunub.

Gündəliyə Ali Məhkəmənin mülki, cinayət, hərbi, inzibati-iqtisad kollegiyalarında ədalət mühakiməsinin həyata keçirilməsinin 2013-cü ilə dair müzakirəsi, Ali Məhkəmənin birinci yarısının iş planının təsdiq edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin Məhkəmə-Hüquq Şurasının qərarından verdiyi şikayətə baxılması və digər məsələlər daxil edilib.