Gözətçi yanaraq öldü

24 Yanvar 2014 10:51 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb.

Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.