Papa: “İnternet Tanrının bir lütfüdür”

24 Yanvar 2014 11:03 (UTC+04:00)

Bunu katoliklərin ruhani lideri Papa Fransis deyib. Papa Fransis internetin insanların bir araya gəlməsində böyük imkanlar yaradan Tanrının bir lütfü olduğunu ifadə edib.  

 

Ruhani lider ünsiyyət günü səbəbilə yayımladığı mesajında , "İnternet insanları görüşdürmək və birlik yaratmaq baxımından böyük imkanlar təqdim edir. Bu yaxşı haldır və Allahın bir lütfüdür" deyib.  

 

Papa sağlam ünsiyyətin insanları bir-birinə yaxınlaşdırmaqda daha təsirli ola biləcəyini vurğulayaraq, sözlərinə belə davam edib: "İnternetlə əlaqələr bizim inkişaf etməyimizi təmin edə də bilər, yolumuzu çaşdıra da bilər" (Anspress).