Aktyor sevgilisinə təriflər yağdırıb

24 Yanvar 2014 11:03 (UTC+04:00)

Orta şərqdə yayımlanan MBC4 kanalında ekrana gələn Extra Turki proqramında iştirak edən aktyor Kerem Alışık, sevgilisi Songül Ödenə təriflər yağdırıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, aktrisanın rol aldığı "Kafkas Tebeşir Dairesi" tamaşasının göstərilməsindən əvvəl Alışık, "Songül çox müvəffəqiyyətli, qabiliyyətli və yaxşı bir aktrisadır. Ağ pərdəyə və ekrana yaraşdığı qədər teatra da yaraşır "deyə açıqlama verib.