Təhsil Nazirliyindən köçürmə xəbərdarlığı-Özəl

24 Yanvar 2014 11:01 (UTC+04:00)
Tələbələrin köçürülməsi (təhsilalma formasını, ixtisasını, təhsil aldığı ali təhsil müəssisəsini dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçiriləcək. Bu barədə Təhsil Nazirliyindən Movqe.az-ın sorğusuna cavab olaraq bildirilib. Təhsilalanların bir ali təhsil müəssisəsindən, yaxud ixtisasdan digərinə  köçürülməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə" ilə tənzimlənir. Köçürülmələr qış və yay tətili dövründə aparılır. Bütün hallarda tələbələrin köçürülməsi (təhsilalma formasını, ixtisasını, təhsil aldığı ali təhsil müəssisəsini dəyişməsi) yalnız əsaslandırılmış səbələr olduqda həyata keçiriləcək.