Vəziyyəti ağır olan aktyorun son vəsiyyəti

24 Yanvar 2014 11:25 (UTC+04:00)

Ötən gün Bodrumda İstanbul Maslak Acıbadem Xəstəxanasına gətirilən məşhur aktyor Nejat İşlərin yanına ziyarətçi axını olub. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, dünən xəstəxanaya gələnlər arasında Şükran Oval və Hakan Kurtaş ilə Mor ve Ötesi qrupunun solisti Harun Tekin də olub. Tekin, "Hər şey İnşallah yaxşı olacaq. Ən yaxın zamanda yaxşılaşmasını istəyirəm" deyib. Bodrum Gümüşlük diyarının sakinləri, Gümüşlükə yerləşən aktyorun, "Əgər ölsəm məni bura basdırın" dediyini də iddia edib.