Məşhur aktrisa həbs oluna bilər

24 Yanvar 2014 12:59 (UTC+04:00)

Keçən ilin yanvar ayında narkotik əməliyyatında Çağatay Ulusoy, Gizem Karaca, Camal Hünal kimi adlarla nəzarətə alınan Selen Seyven Katırcıoğlu haqqındakı istintaq tamamlanıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, aktrisa haqqında "istifadə etmək üçün narkotik maddə satın almaq, qəbul etmək və ya saxlamaq" ittihamı əsnasında iddianamə hazırlanıb.Qeyd edək ki, bu maddə ilə aktrisanı 2 il müddətində azadlıqdan məhrum edə bilərlər.