Azərbaycan xaricə yonca toxumu satacaq

24 Yanvar 2014 13:15 (UTC+04:00)

Azərbaycan alimlərinin yaratdıqları "Abşeron", "Aran" və "Ağstafa-1" yonca sortları və bir xaşa "Az. NÜKLİP-495" yem bitki sortu artıq xaricdə tətbiq olunacaq.

Bunu "APA-Economics"ə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutundan bildirilib.

Məlumata görə, yanvarın 30-da adı çəkilən bitki sortları Türkiyə və İtaliyada Standartlaşdırma institutları tərəfindən təsdiq olunacaq və tətbiq olunması üçün vəsiqə qazanacaq.

 

Qeyd edək ki, "Abşeron", "Aran" və "Ağstafa-1" yonca sortları artıq üç ildir sınaqdan keçirilir və yaxşı nəticələr əldə olunub. Bu yonca növləri bir-birindən tamamilə fərqlənir, məhsuldarlığı isə eynidir. Bununla da, Azərbaycan yonca bitkisi sahəsində aparıcı ölkələrdən birinə çevriləcək.