Mədət Quliyev taborun geyimini yenilədi-Özəl

24 Yanvar 2014 13:04 (UTC+04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin konvoy taborunun geyimi yenilənib. Movqe.az-ın məlumatına görə, məhkəməyə məhkumvə təqsirləndirilmiş şəxsləri gətirən konvoylar qara rəngli geyimlə təmin olunublar. Movqe.az-ın məlumatını Penitensiar Xidmətinin ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov da təsdiqləyib. M. Sadıqov bildirib ki, konvoy taborunun geyim formaları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin təşəbbüsü və göstərişi ilə yenilənib: "İndi Penitensiar Xidmətinin konvoy taborunun geyimi qara rəngli xarici görünüşü ilə fərqlənən rahat və keyfiyyətli formalardır. Xidmətin konvoy taboruna bu geyimlər paylanılıb və hazırda onlar yeni formadadırlar".
M. Sadıqov onu da bildirib ki, konvoy taborunun geyimi ilə yanaşı avtomobil parkı da yenilənib: "Yeni maşınlar Ford və Fiat markalı, təhlükəsizliyi ilə fərqlənən avtomobillərdir. Bu avtomobillər məhkumların və təqsirləndirilən şəxslərin təhlükəsiz və rahat  daşınmasına imkan yaradır. Yeni avtomobillərdə məhkumların rahatlığı da nəzərə alınıb. Həmin avtomobillərin ventelyasiya sistemi də var. Ümumiyyətlə platformanın yenilənməsi Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə həyata keçirilib.