"Reket jurnalistika" ilə bağlı vəziyyət necədir?
24 Yanvar 2014 14:02 (UTC+04:00)
Movqe.az Trend-ə istinadən məlumat verir ki, bu
barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı
direktoru Vüqar
Səfərli Mətbuat Şurasının (MŞ) illik
hesabat konfransında çıxışı zaman deyib.
V.Səfərli qeyd edib ki, MŞ-nin "Reket
jurnalistika"ya qarşı mübarizə Komissiyası böyük işlər görür: "Elə
qəzetlər var ki, adları bir neçə dəfə "qara siyahı"ya düşüb, hətta
işləri məhkəməyə qədər gedib çıxıb, amma onlar yenə də bu
əməllərindən əl çəkmirlər. Biz onlara qarşı mübarizəni daha da
gücləndirməliyik".
İcraçı direktor ümumilikdə MŞ-nin fəaliyyətini
yüksək dəyərləndirib. O qeyd edib ki, əvvəlki illərlə müqayisədə
Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalıb: "Bu, onu
göstərir ki, Mətbuat Şurası mütəmadi iş görür, istər vətəndaşlar,
istər redaksiyalardan daxil olan şikayətlər MŞ tərəfindən
araşdırılır".
V.Səfərli MŞ-nin hesabatını qənaətbəxş saydığını
bildirib.