Hakan Şükür yol qəzası keçirib!

5 İyun 2012 12:10 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, AK Partiyanın millət vəkili Hakan Şükür, yol qəzası keçirdiyini rəsmi "Twitter" hesabından bildirib. Şükürün keçirtdiyi yol qəzası nəticəsində ayağında çat və qırıqlar olduğu öyrənilib.
Əfsanə futbolçu rəsmi "Twitter" hesabında yazdığı məlumatla qəzanın baş verdiyini təsdiqləyib.
Şükür, "Keçirmiş olduğum qəzadan sonra, sol ayağımda meydana gələn çatlar və yaranan qırıqlar nəticəsində bir müddət ayağa qalxa bilməyəcəyim məlumatını salam, sevgi və hörmətlə dəyərli ictimaiyyətə təqdim edirəm" ifadələrini söyləyib.
Bundan əlavə, Hakan Şükür qəzaya baxmayaraq, Sinan Ərdəmdəki Türkcə Olimpiyadaları izləməyə gedəcəyinini də bildirib.