Pritonlardakı əxlaqsız qadınları kafe və barlardan seçirlər

24 Yanvar 2014 17:06 (UTC+04:00)

Ölkədəki kafe və barlar əxlaqsızlıq yuvalarının sayının artmasına rəvac verir.Bu sözləri Movqe.az-a açıqlamasında Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. M. Zeynalova bildirib ki, kafe və barların sahibləri öz mənfəətləri naminə  əxlaqsızların bu məkanlara toplaşmasına şərait yaradırlar: "Kafe və barlarda spirtli içkiləri daha çox əxlaqsız qadınlar sifariş verdirir. Ona görə də belə məkanlara əxlaqsızlar daha çox cəlb edilir. Çox vaxt kişilər əxlaqsızlıq yuvalarına  qadınları elə kafe barlarda tanış olaraq aparırlar. Pritonlardakı əxlaqsız qadınları kafe və barlardan seçirlər. Ümumiyyətlə əyləncə mərkəzləri çox olan ölkələrdə əzlaqsızlıq yuvalarının sayını azaltmaq çətin olur. Mübarizə tədbirləri effekt vermir. Azərbaycanda da əxlaqızlıq yuvalarının artmasının qarşısının alınmasında mübarizə tədbirlərinin lazımınca effekt verməməsinin də bir səbəbi elə budur. Bundan başqa qadınların sosial vəziyyəti də yaxşılaşmalıdır ki, yüngül həyat tərzini seçənlərin sayı azalsın".