Lezbiyan qızımla evlən, 78 milyon sterlinq al! - FOTO/Video

24 Yanvar 2014 17:34 (UTC+04:00)

Lezbiyan qızını yoldaşından ayırıb başqa kişilə birlikdə olmağa razı sala biləcək şəxsə pul mükafatı vəd edən Hong Konglu milyarder ata Sesill Çao , bu mükafatı 1 milyard Hong Kong dollarına qaldırıb.

 Movqe.Az "Metro" saytına istinadən xəbər verir ki, Milyarder Çao , 33 yaşındakı qızı Giginin doqquz ildir birlikdə olduğu sevgilisi Sean Eav ilə 2012-ci ildə Fransada evlənməsindən sonra qoyduğu 500 milyon Hong Kong dollar mükafatı iki qatına çıxarıb. Çaonun iki il əvvəlki təklifindən sonra dünyanın hər tərəfindən 20 min kişi , gənc qadını özünə məftun etməyə çalışmış, lakin müvəffəq ola bilməmişdi.

 Malayziya mətbuatına danışan 77 yaşındakı ata , "Qızımın şəxsi həyatına qarışmaq istəmirəm. Onun yalnız yaxşı bir evlilik edib, uşaq sahibi olmasını və işlərimdə mənə kömək etməsini istəyirəm" deyib.

 Bu qeyri-adi xarici təklifin Eavnı narahat etdiyi deyilib; Hong Kong qəzeti "South China Morning Post"a danışan Gigi isə , "Atamın təklif etdiyi istəyən kişinin mənim marağımı çəkəcəyini düşünmürəm ... Amma bu miqdarın böyük qisimini yardım təşkilatına bağışlayacaq biriylə yoldaş ola bilərəm ... Son olaraq , təşəkkürlər ata. Mən də səni sevirəm "deyib.