Pəhrizin yeni üsulu

5 İyun 2012 12:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Tokio Universitetinin tədqiqatçıları  pəhriz saxlamaq istəyən "zəif iradəli" insanları sevindirəcək bir eynək yaradıblar.
Eynəyə yerləşdirilən kameralar yeməklərin görünüşünü 50 faiz nisbətində böyüdür. Pəhriz saxlayan insanlara da bu psixoloji təsir edir və onlar daha azla kifayətlənirlər. Təcrübələrə qatılan könüllü insanlar eynəklə böyük gördükləri yeməkləri 10 faiz nisbətində daha az yeyiblər.