Gözəlliyin sirri bu qidalarda

24 Yanvar 2014 18:11 (UTC+04:00)

Daha sağlam və gənc bir görünüşə qovuşmaq üçün təbii qidalardan fayda görə bilərsiniz.  Gözəlliyin sirri hesab olunan bu qidalara ispanaq, kivi, kətan toxumu, yumurta, tərə, balqabaq, alma, lobya da aiddir. 

Siz hər gün bir alma yeməklə dümağ dişlərə sahib ola bilərsiniz. Balqabağın sızanaqlara qarşı təsir göstərdiyi, ispanağın gözlərinizin işıldamasına kömək etdiyi, kətan toxumunun quru dəri problemlərinin həll etdiyi, kivinin dərinizin cavan və təravətli qalmasına, təzə lobyanın isə saçlarınızın dolğun və həcimli olmasına kömək etdiyi bildirilir. Eyni zamanda yumurtanın dırnaqların uzanmasında da təsirli bir effekti var.