Hərbi əməliyyatlar səngimir
5 İyun 2012 12:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İslamabadın qarşı
çıxmasına baxmayaraq Pakistandakı Əl Qaidə fəallarına qarşı hava
əməliyyatları davam edir. Dünən Şimali Vəziristan bölgəsində
reallaşan hücümda 15 nəfər həlak olub.Hücumda həlak olan insanlar
arasında əcnəbi militantların da olduğu deyilib.
Xatırladaq ki, Əfqanıstan sərhədində yerləşən Cənubu və Şimali
Vəziristan bölgəsində son bir həftə ərzində 11 hücum
reallaşıb.2008-ci ildən başlayan ABŞ hücumlarına Pakistan
rəhbərliyinin qarşı çıxmasına baxmayaraq həmlələr səngimək
bilmir.İslamabad ABŞ tərəfindən həyata keçirilən hücumların
nəticələrinin pis olduğunu, ABŞ əleyhdarlarını qızışdırdığını
bildirib.