"Onunla çox xoşbəxtəm"
24 Yanvar 2014 21:50 (UTC+04:00)
2 aydır məşhur aktyor Kıvanç Tatlıtuğla birlikdə olan stil
məsləhətçisi Başak Dizər "Şamdan Plus"a verdiyi reportajda şəxsi
həyatıyla əlaqədar ilk dəfə açıqlama verib. Mövqe.az türk
mətbuatına istinadən bildirir ki, özəl həyatıyla gündəmə gəlmək
istəmədiyini deyən Başak, "Çox xoşbəxtəm" cümləsindən başqa heç bir
söz deməyib. Qeyd edək ki, Başak hər zaman etdiyi işlə yada qalmaq
istədiyini söyləyib.