Hidrometeoroloqlardan hava xəbərdarlığı
25 Yanvar 2014 09:15 (UTC+04:00)
Movqe.az-a Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, gün ərzində havanın tutulacağı, şimal küləyinin
güclənəcəyi ehtimal olunur. Gecəyə doğru yağıntılı olacağı
gözlənilir.
Havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 5-7, axşam
0-2 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi şimal və şərq
rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar
yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi
əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6,
gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3
dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta,
gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Yanvarın 25-də hava
şəraitinin gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə
əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi
rayonlarda qar yağacağı, havanın temperaturunun ötən günlərlə
müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Yanvarın 25-də
şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin
yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.