Rza Zərrab xəstəxanaya aparıldı

25 Yanvar 2014 09:20 (UTC+04:00)
Türkiyədə korrupsiyaya qarşı əməliyyatlar çərçivəsində tutulan iş adamı Rza Zərrab diş ağrısı şikayəti ilə xəstəxanaya aparılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün günorta saatlarında xəstəxanaya aparılan və təxminən 2 saat dişinə kanal müalicəsi tətbiq olunan Zərrab müalicə eildikdən sonra jandarma heyətilə xəstəxanadan həbsxanaya qaytarılıb. Hadisə şahidlərinin verdiyi ifadələrə görə, Rza Zərrabın əllərində qandal olmadığı, çıxışda qara şüşəli bir maşına doğru isə əl yellədiyi deyilir. Qeyd edək ki, qara Şüşəli maşındakı adamın həyat yoldaşı Ebru Gündeş olduğu da iddia edilib.