ABŞ Dövlət Departamenti: Güc tətbiq etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil

25 Yanvar 2014 14:25 (UTC+04:00)
"Amerikanın mövqeyi dəyişməz qalır: güc tətbiqi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil". Movqe.az-ın xəbərinə görə, bu sözləri ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib. M. Harf harada baş verməsindən asılı olmayaraq insan itkilərindən təəssüfləndiklərini söyləyib: "Bizim mövqeyimiz əvvəlki kimi qalır, güc tətbiq etmək bu münaqişəni həll etməyəcək. Biz tərəfləri güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən çəkinməyə çağırırıq". M. Harf qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi olaraq münaqişənin sülh yolu ilə həlli yoluna sadiq qalmaqdadır: "Bilirik ki, çətindir, lakin biz bunun üzərində çalışmağa davam edəcəyik".