Ermənistanın müharibədə məğlub olacağına dair mesaj verildi

25 Yanvar 2014 15:18 (UTC+04:00)
"Ermənistanla Azərbaycan arasına hərbi münaqişə qızışmaqdadır. Ancaq Ermənistanın müttəfiqi kimi çıxış edən Rusiya buna heç bir reaksiya göstərmir". Movqe.az-ın məlumatına görə, bu sözləri Ermənistan prezidentliyinə sabiq namizəd Paruyr Ayrikyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Paruyr Ayrikyan Ermənistanın dalana dirənmiş vəziyyətdə olduğunu etiraf edib. Sabiq prezidentliyə namizəd Ermənistandakı Rusiya hərbi bazasının heç bir işə yaramadığını vurğulayıb. Paruyr Ayrikyan digər maraqlı məqama da toxunub: "Əgər Qarabağda müharibə başlasa və Rusiya münaqişəyə qarışarsa, bu Ermənistan üçün əlavə problem yaradacaq. Ermənistan bəzi dünya dövlətlərinin nifrət etdiyi Rusiya ilə müttəfiq olacaq. Belə olan halda Azərbaycana simpatiya artmış olacaq. Ermənistan yenidən çıxılmaz vəziyyətdə qalacaq". Qeyd edək ki, Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində son günlər yaşanan gərginlik erməni müxalifyönümlü siyasətçilərin təşviş dolu bəyanatlar səsləndirmələri ilə müşayiət olunur.