Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı artıb

25 Yanvar 2014 17:41 (UTC+04:00)

2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 456 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərinin hüquqlarını pozulması ilə bağlı 329 şikayət və 26 müraciət daxil olub. Bu barədə QKDK-nin ötən ilin yekunlarına dair hesabatında deyilir.

Məlumata görə, 2012-ci illə müqayisədə şikayətlər 23, müraciətlərin sayı isə 24 faiz artıb.

Fəaliyyətlərində qanun pozuntularının müşahidə edildiyi SC-lərə 179 800 manat məbləğində inzibati cərimələr tətbiq edilib ki, bu da 2012-ci ilin göstəricisini 71 faiz üstələyir.

Qanun pozuntularının aradan qaldırılması üçün 104 SC-yə icrası məcburi göstərişlər verilib.