Şirvan sakinindən xeyli miqdarda saxta əsginas götürülüb

25 Yanvar 2014 18:23 (UTC+04:00)

Bakı şəhərində Şirvan sakinindən xeyli miqdar saxta əsginas aşkarlanaraq götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan rayon sakini Rahil Cabbarlıdan 95 ədəd saxta 10 manatlıq əsginas götürülüb.