Başına 200 tikan batdı ,buna sevindi!

25 Yanvar 2014 17:07 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Braziliyanın Rio da Janeiro şəhərində 52 yaşındakı Sandra Nabucco adlı qadın , bir evdən düşən kirpinin başına düşməsiylə yaralanıb. Başına 200-dən çox tikan batan Nabucco , kirpinin həyatını xilas etdiyi üçün qəzadan məmnun olduğunu söyləyib.

Ev qadını Sandra Nabucco iti ilə birlikdə gəzərkən , bir evdə gözlənilən kirpi balkondan düşüb. Başına 200-dən çox kirpi iynəsi batan qadın ağrı içində xəstəxanaya qaldırılıb. Sandro Nabucco , böyük bir şok yaşadığını deyib, " Başımın üzərinə bir ağırlıq düşdüyünü , hiss etdim. Əlimlə yoxlayanda  iynələri olduğunu hiss etdim. Daha sonra dözülməz bir ağrı başladı " söyləyib. Başındakı kirpinin iynələri çıxarılan qadın , " Mən güclü bir qadınam. Yaşlı biri və ya bir uşaq belə bir hadisədən sonra ölə bilərdi. Həmçinin , heyvanları sevirəm. Yerə düşməsinə maneə törədərək, deyəsən, Kirpinin həyatını xilas etdim " deyib.