İngiltərədən Beyonsa qadağa!

25 Yanvar 2014 09:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünya tərəfindən məşhur seksual müğənni Beyonsun mahnıları bir İngilis radiosu tərəfindən qadağan edilib. Cazibədar ulduzun mahnılarının qadağan eduilməsi Radio dinləyicilərini şok edib. Bu mövzu haqqında radio səlahiyyətliləri tərəfindən dəqiq bir şərh gəlməyib.


Beyons dekabr ayında sürpriz şəkildə tanıtdığı albomunun müvəffəqiyyətinin dadını çıxararkən pis bir xəbər alıb. Müğənninin "Drunk In Love" mahnısı Billboard siyahılarında yüksəlməyə və bir çox DJ tərəfindən remikslənməyə davam edir. Ancaq bu məşhur mahnıdan hər kəs məmnun deyil. Beyonce və Jay -Z-in birlikdə səsləndirdiyi mahnı İngilis radio kanalı Bang Radio tərəfindən senzuralanıb. ABŞ qəzetlərindən Huffington Postun xəbərinə görə mahnının sözləri əlverişsiz hesab olunub. Səbəbi isə Tina Turnerin həyatını izah edən filmdə əri Ike Turnerin müğənniyə şiddət tətbiq etdiyi səhnələrdə bu sözləri( Eat the cake Anna Mae - Keki ye Anna Mae) istifadə etməsidir .