AOKP-un qurucusu "Cyanogen"a qatıldı!

26 Yanvar 2014 10:42 (UTC+04:00)

 Android Açıq Qaynaq Layihəsi ( AOKP ) adlı qrupun qurucusu Roman Birge sevilən Custom Rom istehsal qrupu "Cyanogen Mod"a qatıldığını açıqlayıb.

Android romları ilə bir az maraqlanırsınıza AOKP qrupunu eşitmisiniz. Rom  inkişaf etdiricilərinin 50 faizindən çoxu AOKP qrupunun işlərini əsas götürərək öz romlarını inkişaf etdirir. Bu səbəbdən ötəri Android dünyasında çox əhəmiyyətli bir yer tutan AOKP qrupu qurucusunu Cyanogen Moda "qapdırıb".

 Movqe.Az xəbər verir ki, Mövzuya toxunan Roman  rəsmi Twitter hesabıyla bir şərh edərək Cyanogen A.Ş-yə qatıldığını elan edib. Bu transfer ilə birlikdə Cyanogen Modun  daha stabil , daha sürətli romlar inkişaf etdirəcəyi düşünülür.

 Ötən il Oppo ilə razılaşaraq Oppo N1 modelini çıxaran Cyanogen Mod , bu cihaz ilə birlikdə Google tərəfindən rəsmi olaraq tanınmışdı. Oppo N1-in satışlarından çox adına etdiyi investisiyalar sayəsində kar əldə edən Cyanogen Mod 50 milyonun üzərində fond satmağı da bacarmışdı.