Azərbaycanda zəlzələ baş verib
26 Yanvar 2014 10:53 (UTC+04:00)
Xəzərdə 3,2 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət
Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yerli vaxtla saat
00:14-də Siyəzəndən 135 km şimal-şərqdə, Xəzər dənizində 33 km
dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss
olunmayıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Xəzərin
Azərbaycan sektorunda zəlzələ baş verib. Respublika Seysmoloji
Xidmət Mərkəzindən isə bildiriblər ki, yeraltı təkanlar yerli
vaxtla saat 11:38-də Nardarandan 145 km şimal-şərqdə Xəzər
dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.30, dərinliyi 34
km olub.