Bu dövlət rəhbəri görülməmiş vəhşiliyə imza atdı
26 Yanvar 2014 11:15 (UTC+04:00)
Şimali Koreya Respublikasının rəhbəri Kim Çen Inın
əmri ilə edam etdirdiyi dayısı Çan Son Txekin bütün ailə üzvlərini
edam etdirib. ANS PRESS-in Şimali Koreyanın "Yonhap" xəbər
agentliyinə istinadən verdiyi məlumata görə, o, hətta ailənin ən
kiçik üzvünə belə mərhəmət etməyib.
Agentliyin məlumayına görə, Çan Son Txekain böyük
bacısı Çan Qe Sun Şimali Koreyanın Kubadakı səfiri, həyat yoldaşı
Çon En Çjin və onların oğlu, Şimali Koreyanın Malayziyadakı səfiri
Çan En Çxol, 20 yaşlı oğulları Te Ren və Te Un ilə birlikdə dekabr
ayında Pxenyana çağırılaraq edam olunublar.
Çan Son Txekin hər iki qardaşı xəsətlikdən
həaytını dəyişib. Buna görə, Kim Çen Inın kütləvi təmizləmə
əməliyyatına sadəcə dayısı Çan Son Txekin bacısının ailəsi,o
cümlədən azyaşlı nəvələri məruz qalıb.
Agentlik məlumat verir ki, hakim orqanlara
müqavimət göstərən ailə üzvləri öz evləri qarşısında, qonşularının
gözü önündə güllələnib. Bununla yanaşı, liderin dayısının qan
qohumu olmayan qadınları edamdan canını qurtara bilib. Çan En
Çxolun həyat yoldaşını isə məcburən ərindən boşatdırıb ailəsi ilə
birgə Şimali Koreyanın uzaq rayonundakı düşərgəyə
göndəriblər.